İdman

Ronaldo “Real”ın ulduzunun alınmasını istədi

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo klub rəhbərliyindən “Real”dan sabiq komanda yoldaşı Rafael Varanın transfer edilməsini istəyib.

Fanat.Az “Diario Sport”a istinadən xəbər verir ki, portuqaliyalı ulduz rəbərliyə 26 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlanılmasını tövsiyə edib.

Qeyd edək ki, Rafael Varanın 2022-ci ilin iyununa qədər “Real”la müqaviləsi var. Fransa yığmasının üzvünün transfer dəyəri 90 milyon avro civarında qiymətləndirilir.

Bənzər yazılar

Back to top button