Hadisə

Zeynəb Kazımova işdən çıxdı – 10 gün əvvəl təyin edilmişdi

Hesablama Palatasının mətbuat katibi Zeynəb Kazımova vəzifəsindən ayrılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə özü məlumat verib. Bildirib ki, işdən öz ərizəsi ilə çıxıb.

Qeyd edək ki, Zeynəb Kazımova bu vəzifəyə bir neçə gün əvvəl təyin edilmişdi.

Zeynəb Kazımova Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin baş redaktorudur.

O, bu təyinatadək Dövlət Gömrük Komitəsi Akademiyasının mətbuat xidmətinin rəhbəri kimi çalışıb.

Bənzər yazılar

Back to top button