Dünya

Bayden Ukraynadakı hadisələri “soyqırım” adlandırdı

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq “soyqırım” adlandırıb .

Yeniavaz.com “CNN”ə istinadla xəbər verir ki, o, Ayova ştatında çıxışı zamanı deyib ki, amerikalıların büdcəsi diktatorun başqa ölkədə soyqırım törədib etməməsindən asılı olmamalıdır.

“Sizin ailə büdcəniz, yanacaq çəninizi doldurmaq qabiliyyətiniz, bütün bunlar diktatorun müharibə elan edib-etməməsindən və dünyanın yarısı üçün soyqırım törətməsindən asılı olmamalıdır”, – deyə ABŞ Prezidenti bildirib.
Bayden həmçinin deyib ki, o, “Putinin qiymət artımları” ilə mübarizəyə kömək etmək üçün strateji neft ehtiyatından gündə bir milyon barel neftin buraxılmasına icazə verib.

Qeyd edək ki, Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bir müddət əvvəl Rusiyanın Ukraynadakı vəhşiliklərinin səviyyəsinin “soyqırım səviyyəsinə yüksəlmədiyini” bildirmişdi.

Bənzər yazılar

Back to top button