Hadisə

YAP-ın təşkilat sədrinin oğlu 20 manat cəriməyə görə məhkəməyə şikayət edib?

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin oğlu Roman Yolçuyev yol hərəkəti qaydalarını pozmaqda ittiham edilir.

Qaynarinfo xəbər verir ki, Roman Yolçuyev barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati iş başlanıb.

Bu maddə dayanma və ya durma qaydalarını pozmaqla bağlıdır. Cəzası 20 manat cərimədir.

Lakin Meydanəli Yolçuyevin oğlu yol polisilərinin tərtib etdiyi protokolla razılaşmayıb. O, Baş Dövlət Yol Polisi İdarəsindən məhkəməyə şikayət edib.

Roman Yolçuyevin şikayətinə Gəncə Şəhər Məhkəməsində baxılacaq.

Martın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Elxan Əlizadənin sədrliyi ilə keçiriləcək.

Meydanəli Yolçuyev YAP-ın rayon təşkilatının sədri olsa da, hakim partiyanın tanınmış simalarından hesab edilir.

Bənzər yazılar

Back to top button