Hadisə

Göyçayın icra başçısının vəzifədən çıxarılmasına nazir Fərid Qayıbov səbəb olubmuş

Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadənin vəzifədən kənarlaşdırılmasının yeni nüansları meydana çıxıb. Sabiq İH rəhbəri işlədiyi dövrdə ən çox şikayət edilən və ittihamla üzləşən məmurlardan olsa da, onun azad olunmasının səbəbləri tamamilə fərqlidir. M. Səlimzadə özü belə ağlına gətirməzdi ki, onun postundan uzaqlaşdırılmasına səbəb Gənclər və İdman naziri Fərid Qayıbov səbəbkar olacaq. Belə ki, gənc nazir Göyçaya səfər edərkən heyrətamiz faktın şahidi olub.

Tia.az-ın özəl məlumatına görə F. Qayıbov rayonun Gənclər Mərkəzinə baş çəkərkən gözlərinə inanmayıb. Nazir binadakı texniki avadanlıqların, kompüterlərin və masaların qəhətə çıxdığını görüb. Məlumata görə, məsələdən qəzəblənən F. Qayıbov bu haqda Gənclər və İdman İdarəsi rəisindən izahat tələb edib. Nazir deyib ki, həqiqəti deməsə, onunla bağlı hüquq-mühafizə orqanlarına dosye təqdim edəcək. Göyçayın gənclər və idman idarəsinin rəisi etiraf edib ki, bütün kompüter və stolları icra başçısı Mehdi Səlimzadə satıb.

F. Qayıbov bunu eşitdikdə gözləri hədəqəsinə çıxıb və bir məmurun bu dərəcədə acgöz olmasını təsəvvür etməyib. Məlum olub ki, dövlətin vəsaiti hesabına alınan maddi-texniki baza satılıb, pulu mənimsənilib və ağılasığmaz cinayətə yol verilib. Bildirilir ki, bu məlumatı özündə saxlayan nazir, Bakıya qayıtdıqdan sonra ölkə rəhbərliyinə məsələni məruzə edib. Elə bununla da icra başçısının qələmi qırılıb və vəzifəsindən azad edilib. Dövlət rəhbərliyi M. Səlimzadənin bu əməlini bağışlamayıb və dərhal işindən qovub.

Bənzər yazılar

Back to top button