İdman

Azərbaycana qarşı oynadı, “Qalatasaray”a transfer olundu

“Qalatasaray” ilk transferini reallaşdırıb.

Fanat.Az “Habertürk”ə istinadən xəbər verir ki, İstanbul klubu “Eskişəhərspor”dan Dorukhan Toközü heyətinə qatıb.

“Qalatasaray” 21 yaşlı futbolçu ilə razılıq əldə edib. Yarımmüdafiəçinin qarşıdakı günlərdə yeni komandası ilə müqavilə imzalayacağı gözlənilir. “Eskişəhərspor” bu transferdən 1 milyon TL qazanacaq. Dorukhan isə “Qalatasaray”ın ilk yay transferi olacaq.

Qeyd edək ki, Dorukhan Toköz bu mövsüm “Eskişəhərspor” forması ilə 32 oyuna çıxıb və 2 qola imza atıb. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin heyətində Azərbaycan yığmasına qarşı forma geyinib.

Bənzər yazılar

Back to top button