Siyasət

Paşinyandan etiraf: “7 rayonu Azərbaycana təhvil versəydim…”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxış edib.

Qaynarinfo xəbər verir ki, hökumət başçısı 44 günlük müharibədən danışıb. Paşinyan bildirib ki, 7 rayonu Azərbaycana təhvil verməklə minlərlə insanın həyatını xilas etmək olarmış:

“7 rayonu Azərbaycana təhvil versəydim, minlərlə həyat xilas etmiş olardım. Bunu etmədiyimiz üçün minlərlə itkiyə səbəb olan qərarların müəllifi olduq. İndi beynəlxaq ictimaiyyət bizə açıq şəkildə deyir ki, Türkiyənin mütəffiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq Ermənistan üçün böyük təhlükədir”.

Bənzər yazılar

Back to top button