Cəmiyyət

İmişlidə qadınlar üçün məlumatlandırma sessiyası təşkil edilib (FOTO)

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İmişli rayonunda qadınlar üçün məlumatlandırma sessiyası təşkil edib. “Məişət zorakılığına son qoyaq” adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasında İmişli rayonundan olan 30 nəfər iştirak edib.

Tədbirə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsləhətçisi Nigar Atakişiyeva, İmişli Rayon İcra Hakimiyyətinin Yеtkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə kоmissiyanın məsul katibi Murad Rzayev, Yеtkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə kоmissiyanın məsləhətçi-psixоlоqu Mirzə Əliyev də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qadın Problemlərinin Tədqiqatları Mərkəzi sədri Sevil Allahverdiyeva həyata keçirilən layihə ilə bağlı məlumat verib. S.Allahverdiyeva qeyd edib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layihənin məqsədi regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara hüquqi yardımın göstərilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir.

Tədbirdə daha sonra çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsləhətçisi Nigar Atakişiyeva Agentliyin əsas prioritet istiqamətləri və görülən işlərlə bağlı məlumat verib.
Daha sonra tədbirin məruzəçisi Xalid Kazımov məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı iştirakçılara məlumat verib.

İştirakçılara “Məişət zorakılığının qarşısının alınması” haqqında Qanun, zorakılıqların qarşısını almaq üçün hüquqi sosial və qabaqlayıcı tədbirləri necə təşkil edilməsi, zorakılığa yol vermiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi yolları və üsulları, zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin edilməsi qaydaları haqqında məlumat verilib. Həmçinin, “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunun verdiyi hüquqlar, qanunda nəzərdə tutulan müdafiə mexanizmləri iştirakçılara izah edilib. Qanunvericiliklə müəyyən edilmiş hallar və hüdudlar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi qeyd edilib. Qısamüddətli və uzunmüddətli mühafizə orderinin necə əldə edilməsi yolları vurğulanıb.

Həmçinin, məişət zorakılığına məruz qalanlar üçün yardım mərkəzləri, sığınacaqlar, zorakılığa məruz qalan şəxslərin hara və kimə müraciət edə bilmələri üçün mövcud qaynar xətlərlə bağlı iştirakçılar bilgiləndirilib.

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Bənzər yazılar

Back to top button