Dünya

Bayden Ukraynaya 800 milyon dollarlıq silah göndərir (SİYAHI)

Amerika Prezidenti Co Bayden Ukraynaya 800 milyon dollarlıq yeni silah-sursat və təhlükəsizlik vasitələri göndərir.

Qaynarinfo CNN saytına istinadən xəbər verir ki, bu barədə qərar ABŞ rəsmilərinin müharibənin Ukraynanın şərqinə yönəlmiş yeni və qanlı mərhələsinin başlaması ilə bağlı xəbərdarlığından sonra verilib.

“Ukrayna hərbçiləri bizim verdiyimiz silahlardan dağıdıcı təsirlə istifadə edib. Rusiya Donbas ərazisində hücumunu artırmağa hazırlaşarkən, Amerika Ukraynanı özünü müdafiə etməsi üçün imkanlarla təmin edəcək”, – Co Bayden açıqlamasında bildirib.

Bayden yeni silah tədarükü ilə bağlı Zelenski ilə 1 saat çəkən telefon danışığında xəbər verib.

Yeni silah tədarükünə bunlar daxildir:

11 Mi-17 helikopteri,
300 sviçbleyd dronu,
18 haubitsa,
200 M113 zirehli maşın,
10 artileriya əleyhinə radar,
500 tank əleyhinə “Cavelin” raketi
30.000 qoruyucu geyim və dəbilqə.

Ukraynaya göndərilən sonuncu 800 milyonluq dollarlıq silah dəsti ilə Amerikanın müharibə başlanğıcından Ukraynaya hərbi dəstəyinin ümumi dəyəri 3 milyard dollara çatıb.

Qeyd edək ki, Ukraynanın hərbi büdcəsi 6 milyard dollardır.

Bənzər yazılar

Back to top button