Dünya

27 il sonra günahsız olduğu üzə çıxdı, hakimi qucaqlayıb ağladı (VİDEO)

ABŞ-da 14 yaşında törətmədiyi bir cinayətə görə həbs olunan Con Bunnun 27 il sonra günahsız olduğu məlum olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 1991-ci ildə dostu Rosin Herqreyvlə birlikdə avtomobil oğurlamaq istəyərkən bir polisi qəsdən öldürməkdə ittiham olunaraq həbs edilən Con günahsızlığı sübuta yetirildiyi üçün 27 il sonra azadlığa çıxıb.

Məhkəmə zalında sevincindən göz yaşlarını saxlaya bilməyən məhkum hakimi qucaqlayaraq ağlayıb:

“27 ildir həyatım üçün mübarizə aparırdım və bu gün günahsız olduğum ortaya çıxdı. Sevincimin həddi-hüdudu yoxdur”, – deyə o, bildirib.

2009-cu ildə təxliyyə tələbi rədd edilən Conun günahsızlığını dedektiv Luis Skarsella ortaya çıxarıb.

O, hadisə yerinə çaşdırıcı dəlil qoyulduğunu və əslində cinayəti Conun törətmədiyini sübuta yetirdikdən sonra o, sərbəst buraxılıb.

Bənzər yazılar

Back to top button