Dünya

Sabiq “Interpol” rəhbəri rüşvət aldığını etiraf etdi

“Interpol”un sabiq rəhbəri Menq Honqvey bu gün məhkəmədə rüşvət aldığını etiraf edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Ali Xalq Prokurorluğu bəyanat yayıb. Honqveyin Çində xidməti vəzifəsi zamanı 2 milyon dollardan çox rüşvət aldığı iddia edilir.

Qeyd edək ki, sabiq “Interpol” rəhbəri ötən il Fransadan Çinə səfər edən zaman itkin düşmüş, daha sonra onun həbs edildiyi üzə çıxmışdı. Honqvey həbsindən qısa müddət sonra “Interpol” sədrliyindən getdiyini açıqlamışdı.

Bənzər yazılar

Back to top button