Siyasət

ABŞ və Fransa diplomatları Qarabağ münaqişəsini müzakirə ediblər

Çərşənbə günü ABŞ və Fransanın yüksək vəzifəli diplomatları digər mövzularla yanaşı Qarabağ münaqişəsini də müzakirə ediblər, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

ABŞ dövlət katibinin müavini Vendi Şerman və Xarici İşlər Nazirlyinin baş katibi Fransua Delatr Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinin vacibliyini müzakirə ediblər.

Haqsız müharibəyə görə təhlükəsizlik sahəsində Kiyevə etibarlı yardımın və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin zəruriliyi qeyd olunub, Dövlət Departamentinin məlumatında deyilir.

Tərəflər həmçinin Qarabağ ətrafında siyasi vəziyyəti müzakirə ediblər, Dövlət Departamentinin məlumatında deyilir, lakin təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, bundan öncə Rusiyanın xarici işlər naziri Lavrov bildirib ki, Vaşinqton və Paris Qarabağ nizamlanması məsələsində Moskva ilə əməkdaşlıqdan imtina edirlər.

Görünür, ABŞ və Fransa bu məsələdə birgə strategiya hazırlayırlar.

Bənzər yazılar

Back to top button