Siyasət

Paşinyan: “Fərrux ətrafında baş verənlər göstərdi ki, ermənilər Qarabağı itirə bilər”

Beynəlxalq birlik Ermənistanı ayıqlıq nümayiş etdirməyə və Dağlıq Qarabağa müstəqillik verilməsi tələblərindən əl çəkməyə çağırır. Əks təqdirdə Ermənistan beynəlxalq dəstək almayacaq. Bu barədə aprelin 14-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışında bildirib.

Bununla da o, bir gün öncə verdiyi bəyanatı təkrarlayıb.

“Beynəlxalq birlik bizə deyir: Dağlıq Qarabağın statusu ilə bağlı tələblərinizi bir az azaldın və siz Ermənistan və Qarabağ ətrafında böyük beynəlxalq konsolidasiyanı təmin edəcəksiniz. Əks halda, beynəlxalq birlik deyir ki, bizə ümid etməyin, ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, sizə kömək edə bilmərik”.

“Niyə müharibənin qarşısını almaması və ya onun dayandırılmaması ilə bağlı tənqidlərə cavab verən Paşinyan bildirib ki, Şuşasız müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi.

“Əgər başqa yolla getsək, Qarabağı təslim edəcəyik, Fərrux ətrafında baş verənlər buna misaldır, hissə-hissə təslim edəcəyik. Bir-birinizi aldatmağa son qoyun”, – Paşinyan deyib.

“Qarabağlılar Qarabağı tərk etməməlidirlər, orada yaşamalı, Qarabağda hüquq, azadlıq və statusa malik olmalıdırlar”.

Bənzər yazılar

Back to top button