İdman

“Barselona”ya şok: Gənc ulduzunu itirdi

Ötən gecə “Ayntraxt”a məğlub olaraq (2:3) Avropa Liqası ilə vidalaşan “Barselona” daha bir ağır itki ilə üzləşib.

Fanat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalıların 19 yaşlı ulduzu Pedri zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Oyunöncəsi məşq zamanı əzələsindən zədə alan yarımmüdafiəçi almanlarla oyunda ilk 45 dəqiqədən sonra əvəzlənib. Mənbə onun zədəsi ilə bağlı ilk proqnozların düşünüldüyündən də pis olduğunu iddia edib. Xəbərə görə, Pedriyə sağalmaq üçün 6-8 həftə vaxt lazım olacaq. Bu iddia doğrularsa, bu o deməkdir ki, futbolçu mövsümün qalan hissəsini buraxacaq.

Pedrinin bud əzələsindən əziyyət çəkdiyi və mövsümün ilk hissəsinin bir neçə oyununu da bu səbəbdən buraxdığı bildirlir.

Bənzər yazılar

Back to top button