Dünya

Zelenski nəyə görə Ukraynanı tərk etmədiyini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski bu cür təkliflər almasına baxmayaraq, Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri niyə xaricə getmədiyini izah edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsi zamanı danışıb.

“Bu, sadəcə olaraq qeyri-mümkündür, qeyri-mümkündür. Prezident olmasaydım mən yenə Ukraynada qalardım. Bütün bunları necə tərk edə bilərəm? İndi isə xüsusilə mənim üzərimdə yüksək məsuliyyət olduğu halda, bunu edə bilməzdim”, – deyə dövlət başçısı bildirib.

O, getməsinin qarşı tərəfin maraqlarına uyğun gələcəyini deyib:

“Əminəm ki, bu, ölkəmizdə sabitliyi pozmaq üçün atılan addımlardan biri olardı. Bu, mütləq silahlı qüvvələrin, prezidentin və Ukrayna xalqının belə vahid bir mövqeyinin parçalanması olardı”.

Prezident həm də ümid etdiyini, Ukraynanın Rusiya Federasiyası ilə müharibədə qələbə çalacağına əmin olduğunu bildirib.

Bənzər yazılar

Back to top button