Hadisə

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

İcra başçısının müavininə "dizertir" və narkobiznes ittihamı

Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev haqda ilginc məlumatlar var.

AzToday.az alfa.tv-yə istinadən xəbər verir ki, rayon sakinləri Məmməd Alıyevin özbaşınalıqlarından təngə gəlib.

Xatırladaq ki, Məmməd Aliyev pandemiya dövründə oğluna çal-çağırlı toy etməsi, bələdiyyə sədri olan bacısı oğluna xəstəxanada əlavə iş verdirməsi və oğlu Elnur Alıyevə 120 min dollarlıq “Land Cruiser” avtomobili alması ilə gündəm olmuşdu. O, əvvəllər polis oqranlarında çalışıb. 1991-ci ildə ermənilərlə üzbəüz Əskipara kəndinin mühafizəsində yerli əhali ilə birlikdə rayon polisinin əməkdaşları bütün döyüşlərdə gerçəkdən çox böyük qəhrəmanlıqlar göstəriblər. Elə bu döyüşlərin birində qəflətən polis məmuru Məmməd Alıyev “ürək keçmə” xəstəliyinə tutulur və beləcə polisdən uzaqlaşır. Onu yaxından tanıyan polis işçiləri aralarında ona “Dezertir Mamed” ayamasını verib. Aradan illər keçsə də, Məmməd Alıyevin ürək xəstəsi olmasını bir nəfər də olsun müşahidə etməmişdir.

Rayon icra hakimiyyətində işləmək ən böyük arzusu olan Məmməd Alıyevin əsil soyadı Dəlibaşov olub. Ancaq, həyatında ilk dəfə uzun illər arzu etdiyi vəzifəyə təyin olunduqdan sonra, soyadını dəyişdirərərək dönüb olub Alıyev. İlk əvvəl Məmməd Alıyev icra hakimiyyəti başçısının heç olmasa humanitar məsələlər üzrə müavini olmaq sevdasına düşüb. Dərhal həmin sahəni peşəkarcasına idarə edən Gülayə Həsənovanı yerindən dəbərtməyə çalışıb. Bu dəyərli, savadlı və zəkalı xanıma gücü çatmadığı üçün, məcbur olub onun həyat yoldaşı Natiq Həsənova ilişib və Natiq müəllim üçün bürokratik əngəllər yaratmaqla yanaşı, həm də tələ quraraq, ən azından onu işdən uzaqlaşdırmağa nail ola bilib. Məmməd Alıyev Qazağın keçmiş İcra başcısı, Rauf Hüseynovun birbaşa kadrıdır və məhz onun təşəbbüsü vəzifəyə təyin olunmuşdur. Rauf Hüseynovun ən fəal pul yığanlarından olub. Indi isə, Məmməd Alıyev Qazax şəhərində məşhur Gidi ləqəbi ilə tanınan narkobaronun bacanağı ilə iş birliyi qurmuşdur. Keçmişdə benzin daşıyan Qaz-53 şoferi olan Mamed bacanağı Gidinin hesabına Qazaxın mərkəzində – “Akasiya” restoranının qarşısında və Qazaxın birinci Şıxlı kəndi ərazisində, yolun kənarında nəhəng yanacaqdoldurma məntəqəsi açmışdır. Bu yanacaq doldurma məntəqəsinin istifadəçiləri Avropaya çıxışı olan Tır avtomobilləridir. Hər gün 100 ədəddən çox tir orda yanacaq doldurur. Hər bir tirin doldurduğu yanacağın qiyməti isə, 700-800 dollar civarındadır. Yanacaq doldurma məntəqələrinin hər ikisinin adı “Turan”dır. Mamed öz qızının adına bu yanacaq doldurma məntəqəsini qoyub. Hər iki yanacaqdoldurma məntəqəsinin qiyməti on miliyon dollar dəyərindədir.

Məmməd Alıyevin harada və necə ali təhsil alması, “polisdə sıravi nəfər olan və sonradan dezertir ayaması ilə tanınan” Məmməd Alıyev hansı sahə üzrə ali təhsili alması da müəmmalıdır. Bir də onun icra hakimiyyətində şöbə müdiri olandan sonra, Xanlıqlar kəndindəki villası, rayon mərkəzindəki dəbdəbəli imarəti, Bakıdakı çoxsaylı mənzilləri, bir sıra “obyektləri” hansı vəsaitlə tikdirməsi də mübhəm sualların yaranmasına səbəb olub. Yəni dolayı yolla o bu gün qazaxlı məmurların siyahısında öndə gedən oliqarxa çevrilib.

Bənzər yazılar

Back to top button