Hadisə

Redaktorun həbs müddəti uzadılıb

Oktyabrın 5-də Səbail Rayon Məhkəməsində xeberman.com saytın redaktoru Polad Aslanovun həbs qətimkan müddətini uzadılması ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətin (DTX) müraciətinə baxılıb. Məhkəmə qapalı rejimdə keçirilib. Bu barədə redaktorun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Məhkəmə müraciətini təmin edərək, həbs qətimkan tədbirini 4 ay uzadıb. Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb, növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılır.Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət təqibini pisləyir, onun həbsinin əsl səbəbinin jurnalist fəaliyyəti olduğunu hesab edir. (Turan)

Bənzər yazılar

Back to top button