ManşetSiyasət

Ermənistanda çevriliş və ya sabitliyin pozulacağı gözlənilir

Ermənistan müxalifəti və Qarabağ separatçılarının liderləri Azərbaycan və Türkiyə ilə barışıq mövqeyi səbəbindən Nikol Paşinyan hökumətinə qarşı mübarizəyə hazırlaşırlar. Son günlər baş verən hadisələrdən belə nəticə çıxarmaq olar.

Belə ki, aprelin 14-də “Qarabağ parlamenti” növbədənkənar iclasında Qarabağın müstəqilliyi uğrunda mübarizədən imtina ehtimalını istisna edən bəyanat qəbul edilib.

“Biz Ermənistan hakimiyyətindən məhvedici mövqeyindən əl çəkməyi və müstəsna olaraq yuxarıda qeyd edilən dəyərləri rəhbər tutmağı tələb edirik”, deyə bəyanatda bildirilir.

Elə həmin gün Qarabağda separatçıların lideri Araik Arutyunyanın Qarabağın hərbi rəhbərliyi və keçmiş liderləri ilə təcili iclasları və görüşləri baş tutub. İclasların və görüşlərin yekunlarına görə Arutyunyan açıq-aşkar bildirib ki, Ermənistan hökumətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq planlarını qəbul etmir.

Ermənistan müxalifəti və Qarabağ liderləri Paşinyanın Azərbaycanla sülh bağlamaq planlarını pozmaq cəhdində birləşiblər və qətiyyətlə hərəkət etmək niyyətindədirlər. Göründüyü qədər, Ermənistanı sarsıntılar və sabitliyin pozulması gözləyir. Paşinyana qarşı sui-qəsd, hərbi çevriliş və ya müxalifətçilərin repressiyalarına gətirib çıxaracaq kütləvi etirazlar baş verə bilər. Erməni hərbiçilərin sülh sazişinin bağlanmasına yol verməmək üçün hərbi təxribatını da istisna etmək olmaz. (Turan)

Bənzər yazılar

Back to top button