Siyasət

Lavrov Mirzoyanla, müavini isə Bülbüloğlu ilə danışıb

Aprelin 15-də RF və Ermənistan XİN başçıları arasında telefon söhbəti baş tutub, xəbəri RF XİN-in mətbuat xidməti yayıb.

Lavrov və Mirzoyan Ermənistan baş naziri Paşinyanın 19-20 aprel tarixlərində Rusiyaya rəsmi səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.

Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli regionda nəqliyyat əlaqələrinin açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası haqqında razılaşmalarının yerinə yetirilməsinin gedişatı haqqında fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Rusiyanın vasitəçiliyi ilə Yerevan və Bakı arasında sülh müqaviləsinin razılaşdırılmasının perspektivlərinə toxunulub.

Mənbənin məlumatına görə, aprelin 15-də RF xarici işlər nazirinin müavini Rudenko Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlunu qəbul edib. Tərəflər iki ölkə arasında bu ilin fevralın 22-də imzalanmış Müttəfiqlik Fəaliyyəti Haqqında Bəyannamə kontekstində ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.

9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların təcrübədə həyata keçirilməsi məsələsinə də toxunulub, deyə RF XİN-in məlumatında bildirilir.

Bənzər yazılar

Back to top button