İdman

“Messi danışarkən Argentina prezidenti belə susmalıdır”

Argentina millisinin qapıçısı Emi Martines komandanın kapitanı Lionel Messi haqda danışıb.

Qol.az “Prime Video”ya istinadən xəbər verir ki, o, 34 yaşlı hücumçunun 2021-ci ildə qazandıqları Amerika kubokunun oyunlarında komandanı mükəmməl şəkildə yönləndirdiyini deyib:

“Messi bu kuboku qazanmaq üçün bütün gücünü ortaya qoyacağını söylədi. O, danışarkən çox təsirləndim. Hər kəs susurdu. Kim olursa-olsun, o anda susmalı idi. Baş məşqçi və Argentina prezidenti olmaq belə bunu dəyişdirə biməz. Orada kim var idisə susdu və sadəcə onu dinlədi. Çünki Messi danışarkən Argentina prezidenti belə susmalıdır”.

Bənzər yazılar

Back to top button