DünyaManşet

Zelenski hesab edir ki, Rusiya ilə sülh müqaviləsi iki sənəddən ibarət ola bilər

Rəsmi Kiyev rusiyalı publisist, Kremlə yaxın olan Andrey Karaulovun Ukraynanın kapitulyasiyası ilə bağlı prezident Zelenskiyə çağırışına hələlik reaksiya verməyib.

Ancaq Karaulovun aprelin 16-da günün ikinci yarısında etdiyi müraciətə qədər Zelenski bəyan edib ki, Rusiya Federasiyası ilə sülh haqqında müqavilə iki ayrı sənəddən ibarət ola bilər.

Zelenski Ukraynanın onlayn- mediaya müsahibəsində deyib ki, Rusiya ilə sülh müqaviləsi iki sənəddən ibarət ola bilər. Onlardan biri Ukrayna üçün təhlükəsizliyə zəmanətə, digəri isə birbaşa Rusiya Federasiyası ilə münasibətlərə aid olmalıdır.” Hesab edirəm ki, bunlar iki fərqli sənəd ola bilər. Bu təhlükəsizlik zəmanətlərinə hazır olanlardan təhlükəsizlik zəmanəti. Və Rusiya ilə ayrıca sənəd”.

O qeyd edib ki, Moskva bütün məsələlərin həllini ehtiva edən bir müqavilənin olmasını istərdi. “Lakin heç də hamı özünü RF ilə masa arxasında görmür. Onlara görə Ukrayna üçün təhlükəsizlik zəmanətləri bir məsələdir, RF ilə razılaşmalar isə başqa məsələdir”.

“Rusiya istəyir ki, hər şey bir sənəddə olsun, amma adamlar deyirlər: bağışlayın, Buçada və Borodyankada baş verənləri gördük, vəziyyət dəyişir”, – Zelenski deyib.

O qeyd edib ki, Böyük Britaniya, ABŞ, İtaliya, Türkiyə və digər ölkələr Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduqlarını nümayiş etdirirlər.

Bənzər yazılar

Back to top button