İdman

Premyer Liqanln sonuncusu ÇL-in qalibindən daha çox qazanıb – SİYAHI

İngiltərə Premyer Liqasında 2017/18 mövsümünə görə klublara ödənilən mükafatın məbləği açıqlanıb.

Fanat.Az xəbər verir ki, ən çox qazancı “Mançester Yunayted” əldə edib. Mövsümü ikinci pillədə başa vuran “qırmızı şeytanlar” 149.8 milyon funt-sterlinq qazanıb.

Çempion “Mançester Siti”nin qazancı bundan 0.4 milyon funt-sterlinq az olub – 149.4 milyon funt-sterlinq. Buna səbə “şəhərlilər”in oyunlarının əzəli rəqiblərindən daha az yayımlanması olub.

İlk “üçlüy”ü qapayan “Liverpul” 145.9 milyon funt-sterlinq əldə edib.

Maraqlıdı ki, mövsümün yekunlarına əsasən, Premyer Liqanı tərk edəcək 3 kluba da böyük həcmdə vəsait ödənilib. Çempionatı son sırada tamamlayan “Vest Bromviç”ə 94.7 milyon verilib. 2016/17 mövsümündə Çempionlar Liqasının qalibi olan “Real” 80,9 milyon avro qazanıb. Ötən mövsüm ən çox gəliri isə finalda “Kral Klubu”na 1:4 hesabına uduzmuş İtaliya “Yuventus”u əldə edib – 109 milyon avro. Bu isə İngiltərə Premyer Liqasında sonuncu yeri tutan “Vest Bromviç”in qazancı ilə avro ekvivalentində bərabər məbləğ deməkdi.

1. “Mançester Yunayted” – 149,8 milyon funt-sterlinq
2. “Mançester Siti” – 149,4 milyon funt-sterlinq
3. “Liverpul – 145,9 milyon funt-sterlinq
4. “Tottenhem” – 144,4 milyon funt-sterlinq
5. “Arsenal” – 142 milyon funt-sterlinq
6. “Çelsi” – 141,7 milyon funt-sterlinq
7. “Everton” – 128 milyon funt-sterlinq
8. “Nyukasl” – 123 milyon funt-sterlinq
9. “Börnli” – 119,8 milyon funt-sterlinq
10. “Lester” – 118 milyon funt-sterlinq
11. “Vest Hem” – 116,1 milyon funt-sterlinq
12. “Kristal Pelas” – 114,3 milyon funt-sterlinq
13. “Bornmut” -111,2 milyon funt-sterlinq
14. “Brayton” – 107,7 milyon funt-sterlinq
15. “Sautgempton” – 107,2 milyon funt-sterlinq
16. “Uotford”- 106,3 milyon funt-sterlinq
17. “Haddersfild” – 102,4 milyon funt-sterlinq
18. “Stok Siti” – 98,9 milyon funt-sterlinq
19. “Suonsi” – 98,5 milyon funt-sterlinq
20. “Vest Bromviç” – 94,7 milyon funt-sterlinq

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button