Dünya

Lavrovdan ABŞ-a eyhamlı Bağdadi mesajı…

“Bağdadi ABŞ-ın tapıntısıydı. Onun ölümü ilə bağlı daha çox məlumat verilməsini gözləyirik. Ordumuz əlavə məlumatlar üzrəində çalışır və ABŞ-ın Bağdadinin ölümüylə bağlı bildirdiklərinin çoxunu hələ ki təsdiqləyə bilmir”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiyanın “Rossiya 24” kanalına danışan Xarici İşlər naziri Sergey Lavrov keçmiş İŞİD lideri Bağdadinin ölümü ilə bağlı açıqlamalar verərkən deyib. O, ABŞ-dan Bağdadinin ölümüylə bağlı tutarlı dəlillər istədiyinə eyham vurub.

2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra baş verənlərə toxunan Lavrov deyib:

“İŞİD İraqdakı qanunsuz işğaldan, İraq dövlətinin süqutundan və radikalların amerikalılar tərəfindən həbsxanalardan azad edilməsindən sonra gücləndi. Dolayısıyla, amerikalılar doğumunu təşkil etdikləri birini aradan götürmüş oldular. Bunu da həqiqətən etdilərsə…”

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bazar günü bir mətbuat konfransında Suriyanın İdlib şəhərində Bağdadinin evinin altındakı ağzı bağlı tunellərin birinə girdikdən sonra üzərindəki bombanı partladaraq yanındakı üç uşaqla öldüyünü açıqlamışdı.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button