İdman

“Ten Haqa müqavilə də təklif olundu, daha çox pul da”

“Ayaks”ın prezidenti Cerri Hamstra komandanın baş məşqçisi Erik ten Haqın mövsümün sonunda Amsterdam təmsilçisindən mümkün gedişindən danışıb.

Fanat.az xəbər verir ki, ESPN klub başqanının söylədiklərini belə çatdırıb:

“Qısa danışacam. Biz onu saxlamaq üçün hər şey etdik. Yeni müqavilə? Təklif olundu. Daha çox pul? O da təklif olundu. Erik gələcəyi barədə özü qərar verəcək. Bunun üçün kifayət qədər yaşlı və müdrikdir. Bəlli məsələdir ki, onunla maraqlanırlar… Bizim iki ssenarimiz var. Ümid edirik ki, ten Haq “Ayaks”da qalacaq. Qalsa, planlarımızı ikinci ssenari üzrə həyata keçirəcəyik”.

Daha öncə Erik ten Haqın “Mançester Yunayted”in baş məşqçisi qismində bu həftə ictimaiyyətə təqdim olunacağı barədə informasiyalar yayılıb.

Bənzər yazılar

Back to top button