Dünya

“Rəsmi itkiləri yüzə vurmaq lazımdır…” – Rus əsgərin səs yazısı yayıldı

Ukraynadakı müharibədə iştirak edən rus əsgərinin səs yazısı yayılıb.

Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, yayılan audioda onun anası ilə danışdığı bəlli olur. Bu zaman rus əsgəri anasına Rusiyanın Ukraynadakı itkilərindən danışır.

“Bir gündə atılan raket nəticəsində 700 nəfər öldü. Deyirlər ki, Rusiya tərəfdən 1300 adam ölüb, bu 1300-ü 100-ə vurmaq lazımdır, dəhşətli itkilər var. Bizim Rusiyada yəqin ki, paraşütçülərimiz qalmayıb, hamını öldürüblər”, – deyə, rus əsgər səs yazısında bildirir.

Onun sözlərinə görə, Rusiya ordusu üçün ən pis vaxt fevral ayı olub. Əsgər bildirir ki, bəzi əsgərlərin meyitləri bir neçə gün zibil torbalarında qalıb, onları heç kim aparmayıb:

“Dəhşətli, çox qorxulu idi. Hətta maşından tualetə getməyə belə qorxurdum. Gecə tualetə getdim, geri qayıdında, məni də vurdular. Döyüşə hazırlaşırdı (hərbçi yoldaşını nəzərdə tutur), pulemyotla onu vurdular. Onu öldürdülər. Ailəsinə də dedilər ki, o, sığorta pulu almaq üçün özünü minada partladıb”.

Səs yazısını özünün “youtube” kanalında Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko yayımlayıb.

Bənzər yazılar

Back to top button