GündəmSiyasət

Ermənilərin aeronaviqasiya üçün yaratdığı maneələrlə əlaqədar Azərbaycan hərbiçiləri mülki təyyarələrin təhlükəsizliyini təmin edir

İyulun 29-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov nazir müavinlərinin, qoşun növü komandanlarının, nazirliyin baş idarə və idarə rəislərinin, həmçinin hərbi birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirib.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

Nazir Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqinin son günlərdə intensivləşməsinə toxunaraq, hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.

Sonda Həsənov İstanbulda keçirilən “IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin Su-25 ML (modernizə edilmiş “Laçın”) hücum təyyarəsinin atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.

Bənzər yazılar

Back to top button