Dünya

Rusiya qoşunları Ukraynanın daha bir şəhərinə daxil oldu, küçə döyüşləri gedir

Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətinin Kreminna şəhərinə daxil olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday “Facebook”da bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə küçə döyüşləri gedir, evakuasiya mümkün deyil: “Ruslar Kremennaya daxil olublar. Küçə döyüşləri başlayıb. Evakuasiya mümkün deyil”.

Qayday aprelin 17-də Kremennaya artilleriya atəşinin gün ərzində davam etdiyini, gecə isə daha tez-tez və güclü olduğunu bildirib. Nəticədə 7 yaşayış binası və yardımçı tikili yanıb.

Bundan əlavə, Rusiya ordusu Kremennayadakı “Olimp” idman kompleksinə hücum edib: “Bir neçə saat əvvəl Rusiya mərmiləri yerli idman infrastruktur obyektlərinə düşüb. Xüsusilə, Ukrayna Olimpiya komandasının nümayəndələrinin məşq etdiyi, bu yaxınlarda tikilmiş “Olimp” idman kompleksi vurulub. İlkin hesablamalara görə, yanğın sahəsi 2400 kvadratmetrdir”.

O əlavə edib ki, yaxınlıqda meşə ərazisi olduğu üçün hadisə yerindəki xilasedicilər alovu lokallaşdırmağa çalışır.

Bənzər yazılar

Back to top button