Dünya

İran İsraili yenə təhdid etdi – Bu dəfə prezident Rəisi

İran İsrailin ürəyini nişan alacaq.

Qaynarinfo Alarabiya saytına istinadla xəbər verir ki, bu sözləri İran prezidenti Rəisi deyib.

İran prezidenti bu gün qatıldığı hərbi paradda İsrailin İran İslam respublikasına qarşı hərəkət edəcəyi təqdirdə hədəfə alınacağın deyib.

“Əgər xalqımıza qarşı zərrə qədər hərəkət etsəniz, bizim silahlı qüvvələrimizin hədəfi sionist rejimin ürəyi olacaq”, – Rəisi bildirib.

Rəsmi Tehranla Amerika arasında nüvə danışıqları keçən ay dayanıb.

Qeyd edək ki, İsrail İranın nüvə bombası yarada biləcək miqdarda uran zənginləşdirdiyini açıqlayıb.

Bənzər yazılar

Back to top button