Siyasət

Nazirliyin mətbuat xidmətində yeni təyinat

İndiyədək CBC telekanalında Xəbərlər Departamentinin prodüseri vəzifəsində işləyən Yaqut Məmmədova (Tapdıqqızı) Səhiyyə Nazirliyinin mətbuat xidmətinə təyinat alıb. Onun mətbuat xidmətinə məsləhətçi təyin olunduğu bildirilir.

AzToday.az xəbər verir ki, bu barədə məlumatı nazirlikdən modern.az-a təsdiqləyiblər.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova bir müddət öncə elmi fəaliyyəti ilə bağlı işdən çıxmışdı. Şöbənin digər əməkdaşı Cavid Xəlilov da könüllü olaraq işdən azad edilmişdi.

Qeyd edək ki, Yaqut Məmmədova əvvəllər “Lider” TV-də, “New Bakupost” qəzetində çalışıb.

Bənzər yazılar

Back to top button