Dünya

Medvedçuk Putin və Zelenskiyə müraciət etdi: Məni Mariupol döyüşçülərinə dəyişin

Ukraynada saxlanılan siyasətçi Viktor Medvedçukun Putin və Zelenskiyə video müraciəti yayılıb.

Qaynarinfo “Reuters”ə istinadla xəbər verir ki, Ukrayna xüsusi xidmət orqanlarının yaydığı videoda Viktor Medvedçuk Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenskiyə müraciət edərək Mariupol döyüşçüləri ilə dəyişirilməsini istəyib.

“Ukrayna tərəfinə məni Mariupolun müdafiəçilərinə və bu gün ərazidən çıxmaq üçün heç bir təhlükəsiz humanitar dəhlizə imkanı olmayan insanlara dəyişməsi üçün müraciət edirəm”, – deyə Medvedçuk Putin və Zelenskiyə müraciətində deyir.

Medvedçuk müxalif “həyat üçün” platformasının lideri və Putinin müttəfiqidir.

O bir neçə müddət idi vətənə xəyanət ittihamı ilə ev həbsinə məhkum edilmişdi. Rusiyanın Ukrayana hücumundan bir neçə gün sonra həbsdən qaçan Medvedçuk yenidən Ukrayna xüsusi xidmət orqanlarının əlinə keçib.

Qeyd edək ki, bu gün Rusiya ordusuna əsir düşən iki ingilis döyüşçünün də video müraciəti yayılıb. Onlar Britaniya baş naziri Boris Consona müraciət edərək, Viktor Medvedçukla dəyişdirilmələrini istəyib.

Bənzər yazılar

Back to top button