Hadisə

Qeyri-leqal miqrasiyada əli olan əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti öz həmvətənlərini Azərbaycanda işlə təmin etmək, həmçinin üçüncü ölkəyə göndərmək vədlərilə aldadan əcnəbinin saxlanıldığını bildirib.

Məlumata görə, həmin şəxs 15 min dollar alaraq 6 nəfəri Azərbaycanda işlə təmin edəcəyini, bir nəfəri isə Avropaya göndərəcəyini vəd edib.

Materiallar araşdırılmaq və hüquqi qiymət verilmək üçün prokurorluğa göndərilib.

Əcnəbinin vətəndaşlığı və adı açıqlanmır.

Bənzər yazılar

Back to top button