GündəmHadisəManşet

Muxtar Babayev Lerik meşələrini düşməncəsinə məhv etdirir (FOTO)

Lerik meşələrində kütləvi məhv edilməsi prosesi davam edir.

AzToday.az xəbər verir ki, Lerikin Razvonaband meşəbəyliyinin 16, 17, 18 və 22 saylı meşə dolaylarında yeni qırıntılar qeydə alınıb.

Sakinlərin bu gün redaksiyamıza göndərdiyi fotolarda agacların 2-3 gün əvvəl qırıldığı görünür.

Sakinlər bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumun rəhbər şəxsləri Lerik meşələrindən işlik material satmaqda davam edirlər.

Satılan işlik materialların pulundan nə qədərinin isə Muxtar Babayevin yaxın ətrafına çatdığı şübhə doğurmur. Əks təqdirdə Lerik meşələrinin düşməncəsinə məhv edilməsinə seyrçi qalmazdı…

Muxtar Babayevin diqqətinə Razvonaband meşəbəyliyində baş verən yeni qırıntıların cüzi bir hissəsini təqdim edirik:

Bənzər yazılar

Back to top button