Hadisə

FHN Elxan Süleymanovun oğlunun nazirlikdə işə alınmasını niyə gizlədir?..

Bəlkə ona görə ki, Ziya Süleymanov heç “dövlət qulluqçusu” statusuna sahib deyil…

Ziya Süleymanov FHN-nin Su Ehtiyatları Dövlət Agentliyinə rəisi müavini təyin olunub, amma Heydərovun nazirliyi bu haqda ictimaiyyətə məlumat vermir.

AzToday.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli sosiala şəbəkədə paylaşıb. Cavanşir Həsənli yazır ki, Ziya Süleymanov ümumiyyətlə bundan əvvəl dövlət qulluğunda çalışmayıb:

“Milli Məclisin 2010-2020-ci illərdə deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuş Elxan Süleymanovun oğlu Ziya Süleymanov FHN-nin Su Ehtiyatları Dövlət Agentliyinə rəisi müavini təyin olunub, amma Heydərovun nazirliyi bu haqda ictimaiyyətə məlumat vermir. Ümumiyyətlə bu adamın bircə il dövlət işində iş stajı olubmu?

Keçmiş deputat Hadı Rəcəblinin oğlu Vüsal Rəcəbli Energetika nazirinin müşaviri təyin təyin olunanda da gizlətmişdilər. Bu haqda yazadan sonra rəsmi məlumat verdilər”.

Maraqlıdır, Fövqəladə Halalr Nazirliyi bu məlumatı niyə gizli saxlayır? Bəlkə ona görə ki, Ziya Süleymanov heç “dövlət qulluqçusu” statusuna sahib deyil. Ümid edirik ki, FHN və DİM bu məsələyə aydınlıq gətirəcək və hər iki qurum ictimaiyyətə açıqlama verəcək.

Bənzər yazılar

Back to top button