İdman

Neymar Aurelioya cavab verdi: “Necə də bezdiriblər…”

Bu yaxınlarda sabiq braziliyalı futbolçu Fabio Aurelio Neymar üçün futboldan daha vacib bəzi şeylər olduğuna görə “Qızıl top”u qazana bilmədiyini iddia etmişdi. Neymar isə öz növbəsində Aurelioya cavab verib.

Fanat.az xəbər verir ki, “Le Parisien” Neymarın dediklərini belə çatdırıb:

“Mən boş-boş danışmaq üçün ağızlarını açan keçmiş futbolçulardan bezmişəm. Necə də bezdiriblər… Beş dəqiqəlik müsahibə verir və ancaq başqalarının həyatından danışır. Tənqid etmək istəyirsənsə, tənqid et. Belə axmaq söhbətlər nəyə lazımdır?”

Daha əvvəl Aurelio saç düzümünün, şəkil çəkdirməyin və daha çox pul qazanmağın Neymar üçün futboldan daha vacib olduğunu demişdi.

Bənzər yazılar

Back to top button