Dünya

Putinə “cəhənnəm” təşkil etmək: Britaniya Ukraynaya zirehli sistemlər göndərəcək

Britaniya tezliklə Ukraynaya “Stormer” HVM zirehli raket buraxılış sistemləri göndərəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Sun” Müdafiə Nazirliyindəki məlumatlı mənbələrə istinadən məlumat yayıb.

İki həftə əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi Solsberidə keçirilən sərgidə ukraynalı həmkarları üçün “Stormer” buraxılış qurğusunu nümayiş etdirib.

“Stormer” BAE Systems tərəfindən istehsal olunur və onu idarə etmək üçün yalnız üç nəfər (komandir, sürücü, topçu) və “Starstreak” raketləri tələb olunur.

Bu raketlər düşmənin alçaqdan uçan təyyarələrini və helikopterlərini vura bilir.

Mütəxəssislər onları Qərb dövləti tərəfindən indiyədək göndərilmiş “ən yaxşı dəst” adlandırırlar.

13 tonluq yüksək texnologiyalı buraxılış qurğuları bir neçə gün ərzində yüklənərək Ukraynaya göndərilə bilər.

“Heç kimə sirr deyil ki, Britaniya Ukraynaya zenit imkanları ilə kömək edəcəyinə söz verib. Müdafiə naziri bu həftə parlamentdə bəyanatla çıxış edəcək”, – mənbə bildirib.

Əfqanıstandakı Britaniya qüvvələrinin keçmiş komandanı Riçard Kemp deyib ki, Stormer/Starstreak kombinasiyası Putin ordusuna ağır itkilər verəcək və Ukraynanın döyüş qabiliyyətini gücləndirəcək.

“Bu, Putinin hərbi hava qüvvələrinin aşağı hündürlükdən endirdiyi istənilən zərbəyə ciddi ziyan vuracaq son dərəcə səmərəli, yüksək mobil döyüş maşınıdır”, – deyə hərbçilər bildirib.

“Stormer”lər Ukraynanın nəm torpağında belə yaxşı hərəkət edir.

Bənzər yazılar

Back to top button