Siyasət

129 Ukrayna vətəndaşı Azərbaycanda qaçqın statusu almaq istəyir

Ukraynada müharibə başlayandan bu ölkənin 114 vətəndaşı qaçqın statusu almaq üçün Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müraciət edib.

Bunu DMX -dan “Turan” informasiya agentiliyinə bildirilib. Məlumata görə, müraciət edənlərin sayı ailə üzvləri ilə birlikdə 129 nəfərdir:

“Bütün müraciət edənlər Azərbaycanda olduqları yer üzrə DMX-də qeydiyyatdan keçiblər. Bu insanların ehtiyacları müəyyən edilib və təmin edilib, zəruri yardım göstərilib və onlar müvafiq təşkilatlara göndəriliblər” – məlumatda deyilir.

Azərbaycan qanunvericiliyinə əsasən, qaçqın statusu üçün müraciət edən şəxslərə Azərbaycanda müvəqqəti olaraq yaşamaq, işləmək, tibbi yardım almaq və s. icazəsi verilir, deyə idarədən əlavə ediblər.

DMX aprelin 7-nə olan məlumata görə müharibə ilə əlaqədar Ukraynanı tərk edən 6163 ölkə vətəndaşının Azərbaycana gəldiyi barədə məlumat verib.

Bənzər yazılar

Back to top button