Bizim seçim

Tükürpərdici iddia: Qarabağda zorlanan qadınların uşaqları Azərbaycanla döyüşür

“Ermənistan Türkiyə, Azərbaycan və İrana qarşı istifadə etmək üçün öz torpaqlarında və Dağlıq Qarabağda PKK/PEJAK terror təşkilatı üçün təlim və sığınacaq düşərgəsi yaradıb”.

AzToday.Az xəbər verir ki, bu barədə iddianı “Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi”nin (ASİMDER) sədri Göksəl Gülbey səsləndirib.

Gülbey bildirib ki, Ermənistan Sevan (Göyçə-red.) gölü ətrafında “Vardenes” adlı, həmçinin işğal etdiyi Dağlıq Qarabağda təlim düşərgələri yaradıb.

“Ermənistan bölgədəki terror qruplaşmalarının bəsləndiyi və təlim keçdiyi bir ölkə vəziyyətinə gəlib. 1984-cü ildə ASALA terror dəstəsini yaradan ermənilər Azərbaycan, Türkiyə və İranda yerləşən PKK/PEJAK terror qruplaşmalarına dəstək verərək onu, böyük Ermənistan xəyalına xidmət edən təşkilat halına gətirib.

2016-cı ilin aprelində Ermənistan Qarabağda döyüşmək üçün Suriyadan 400 nəfərlik PKK/PYD/YPG terror qruplaşması üzvlərindən (150-si Suriya ermənisi, 250-si Suriya, Türkiyə, İran, İraq kürdü) ibarət dəstəni Türkiyə Ağrı Tendürekdən keçirib Sevan ətrafındakı “Vardenes” düşərgəsinə yerləşdirib.

Türkiyədən keçərkən “Ağrı qartalları” adlı briqadanın üzvü olan Livan Karadağ, Hemaran Kervaçiyan və Sərvət Bagopşin adlı 3 nəfər həmin dəstəyə bələdçilik edib. Əlimizdə bu terror dəstəsinin Ermənistandan Dağlıq Qarabağa girməsini əks etdirən video çarx var və həmin videonu bu yaxınlarda ictimaiyyətə yayacağıq.

Ermənistan müharibə qaydalarını və əsirlər barədə razılaşmaları saymır. 1992-ci ildə əsir götürdüyü 2 700 azərbaycanlı qadını məcburi qaydada evləndirmələri və onları zorlamaları barədə məlumat dəfələrlə dünya ictimaiyyətinə çatdırılıb. Həmin qadınların dünyaya gətirdiyi uşaqlar yetimxanalarda Türk və Azərbaycan düşməni kimi yetişdirilir və Ermənistan ordusuna yerləşdirilərək PKK/PEJAK/YPG-li terrorçularla birlikdə Azərbaycana qarşı döyüşdürülür.

Ermənistan dünyanın gözünün içinə baxaraq bütün bəşəri hüquqları pozur. Terror qruplaşmalarına dəstək verir, girovları inkar edərək hər cür işgəncə və təhqirə məruz qoyur.

ASİMDER olaraq bütün humanitar təşkikatlardan tələb edirik ki, azərbaycanlı qardaşlarımızın aqibəti, Ermənistanın terror qruplarına verdiyi dəstək və bu qruplaşmaların əliylə törətdiyi terror hadisələri araşdırılsın.” – deyə Göksel Gülbey bildirib.

Bənzər yazılar

Back to top button