GündəmHadisəManşet

Ekologiya Nazirliyi Lerik meşələrində yoxlamalara başladı: kütləvi qırıntılar aşkar olunub (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lerik meşələrindəki kütləvi qırıntılarla bağlı yoxlama göndərib.

AzToday.az xəbər verir ki, yoxlamalar Razvonaband meşəbəyliyində aparılır.

Məlumata görə, Razvonaband meşəbəyliyinin 22 saylı dolayında kütləvi qırıntılar qeydə alınıb. Belə ki, 56 ədəd ağacın dib kötüyü un yoxlama şikayətci ilə bir yerdə aşkar edib. 20 ağac işlik material qeydə alınıb, həmçinin 36 ədəd odunluq aşkar olunub.

Yoxlamalar isə davam edir. Ümid edirik ki, yoxlamanın nəticəsində meşə mafiyasının üzvləri barədə adekvat tədbirlər görüləcək.

Qeyd edək ki, Razvonaband meşəbəyliyinin 16, 17, 18 və 22 saylı meşə dolaylarında kütləvi qırıntılar olması ilə bağlı sakinlərin göndərdiyi şikayətlət AzToday.az saytında dərc olunmuşdu.

Həmin şikayətlərdə qeyd olunurdu ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Aqil Babaşov və Razvonaband meşəbəyliyinin meşəbəyisi Tərlan Qəribov kütləvi qırıntıları təşkil edən əsas adamlardır. Tərlan Qəribov bir-neçə il əvvəl işində yol vermiş noqsanlara görə işdən çıxarılsa da, sonradan bizə məlum olmayan səbəblərdən işə bərpa olunub…

Bənzər yazılar

Back to top button