Sağlamlıq

Payızda koronavirusa yoluxma artacaq (VİDEO)

“Artıq sentyabr ayındayıq və bir müddət sonra payızın gəlişi ilə hava da soyumağa başlayacaq. İnsanlar pəncərələri bağladıqda, istilik mövsümü başlayacaq, sakinlər qapalı məkanlarda daha çox vaxt keçirəcəklər, təbii olaraq virusa yoluxma çoxalacaq və xəstələnmənin səviyyəsi qalxacaq. Təkcə koronavirusa yox, başqa respirator infeksiyalara da yoluxma çoxalacaq”.

Bu fikirləri artıq tez- tez eşitməyə başlamışıq, təbii olaraq insanlar da bu fəsillərdə xəstəliklərin çoxalması ilə əlaqədar daha çox özlərini qorumağa çalışırlar. Amma bu payız koronavirus bütün infeksion xəstəlikləri kölgədə qoyub. Artıq hərarətimiz artanda belə ağlımıza ilk olaraq qrip yox, koronavirus gəlir.

Mütəxxəsislər hesab edir ki, yeni növ koronavirus infeksiyasının payız dalğası çox risklidir. Doğurdanmı oktyabr-noyabr aylarında yeni bir epidemiya dalğası gözlənilir? TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayevanın sözlərinə görə, payız-qış aylarında digər xəstəliklərlə yanaşı koronavirus infeksiyası da normal olaraq artacaq.

Ətraflı süjetdə:

Bənzər yazılar

Back to top button