Hadisə

Bakı metrosunda pis qoxu: sərnişinlər təxliyə edildi

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov-İçərişəhər” xəttində hərəkət edən qatarın sonuncu vaqonunda pis qoxu olması səbəbindən sərnişinlər təxliyə edilib.

Bunu AzToday.az-a qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Qatara baxış keçirilib, hər hansısa texniki problem aşkar olunmayıb. Lakin vaqonda qoxu qaldığından, sərnişinlərin rahatlığı üçün qatar boşaldılıb və depoya yola salınıb. Xəttə yeni qatar verilib. Qoxu aradan qalxdıqdan sonra həmin qatar işini davam etdirəcək”, – o deyib.

Bənzər yazılar

Back to top button