Dünya

Türkiyə ordusu şəhid verdi

“19 aprel 2022-ci il tarixində “Pençe-Kilit” əməliyyatı bölgəsində qəhrəman silahdaşımız leytenant Kaan Qanlıquyu terrorçuların atdığı raket zərbəsi nəticəsində şəhid olub”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə hava qüvvələri və atəşə dəstək vasitələrinin dəstəyi ilə əməliyyatlar davam edir.

Qeyd edək ki, aprelin 18-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının yaraqlılarına qarşı yeni anti-terror hərbi əməliyyatına başlayıb. “Pençe-Kilit” adlanan əməliyyatda xüsusi təyinatlılar və hərbi hava qüvvələri iştirak edir.

Bənzər yazılar

Back to top button