Cəmiyyət

Deputat İqbal Məmmədov qazinin maaşına göz dikib?

Vətəndaş işlədiyi istirahət mərkəzindən maaşını ala bilmir.

Bu barədə oxu.az-a Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində aşpaz işləmiş Vətən müharibəsi iştirakçısı Anar Səlimov bildirib.

O bildirib ki, dörd aydır ki, iş yerindən əməkhaqqını ala bilmir:

“Vətən müharibəsindən sonra iki dəfə öz hesabıma əməliyyat olunmuşam. Psixi vəziyyətim daha da pozulur. “Relax” istirahət mərkəzindən maaşımı ala bilmədiyimə görə borclarımı ödəyə bilmirəm. Heç kim müharibə iştirakçısı olduğumu vecinə almır. Özümü öldürmək həddinə çatmışam”.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq istirahət mərkəzindən bildirildi ki, bu barədə açıqlama veriləcək.

Bənzər yazılar

Back to top button