Dünya

Bayden müttəfiqlərilə görüşür və Ukraynaya təhlükəsizlik sahəsində daha çox yardım vəd edir

Çərşənbə axşamı ABŞ prezidenti Co Bayden Rusiyanın işğalı ilə əlaqədar Ukraynaya beynəlxalq dəstəyi müzakirə etmək üçün dünya liderlərilə videokonfrans keçirib.

“Liderlər təhlükəsizliyin təminatı üçün Ukraynaya əlavə hərbi sursat və yardımın göstərilməsi barədə danışıblar”, – Ağ Evin mətbuat katibi Cen Psaki bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Ağ Evin hesabatına görə, liderlər həmçinin “yeni ciddi iqtisadi sanksiyaların tətbiqi və Rusiyanın məsuliyyətə cəlb edilməsi üzrə səyləri müzakirə ediblər”.

Vaşinqton Ukrayna üçün təhlükəsizlik sahəsində 800 milyon dollarlıq daha bir yardım paketi hazırlayır, çərşənbə axşamı Amerika KİV administrasiya nümayəndələrinə istinadən bildirib. Yeni paketin detalları hələlik işlənilir,

Baydenin müttəfiq ölkərin liderlərilə söhbətindən öncə müdafiə naziri Lloyd Ostin Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Pentaqonda Polşa və Çexiyadan həmkarları ilə görüşəcək.

Cari vəziyyətdən danışan Pentaqonun yüksək vəzifəli nümayəndələri jurnalistlərə bildiriblər ki, hücum başlayandan Ukraynaya təxminən 1670 Rusiya raketi atılıb.

Son 24 saat ərzində Ukraynadakı 76 Rusiya batalyonunun taktiki qrupların daha ikisi əlavə edilib və onların sayı 78-ə çatıb.

Mariupolda döyüşlər davam edir, şəhər bombalanır və atəşə tutulur. Rusiya qoşunları Mariupolu tutmaq niyyətindədirlər, çünki o, Rusiya üçün Donbasdan Krıma quru körpü olacaq.

Bu həmçinin Donbasın şimalındakı Rusiya qoşunlarına qoşulmaq üçün oradakı qüvvələri çıxarmağa imkan verəcək, Pentaqon nümayəndəsi bildirib. (Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button