Dünya

Rusiya bu ölkələrə xəbərdarlıq etdi

“Rusiya İsveç və Finlandiyaya onların NATO-ya daxil olmasının nəticələri ilə bağlı bütün xəbərdarlıqları edib”.

Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Birləşmiş Ştatların himayəsi altında Brüssel uzun müddət İsveç və Finlandiyanı öz strukturlarına cəlb etdi, onları həqiqətən cəlb etmək üçün təlim və ya tədris adı altında müxtəlif hibrid tədbirlər həyata keçirildi”, – Zaxarova deyib.
O qeyd edib ki, Rusiya həm ictimai, həm də ikitərəfli kanallar vasitəsilə onlara xəbərdarlıq edib və bunun nəticələri barədə məlumat verilib:

“Onlar bunu bilirlər, ona görə də təəccüblənəcək bir şey yoxdur. Onlara hər şey, bunun nəyə gətirib çıxaracağı barədə məlumat verilib”.

Bənzər yazılar

Back to top button