Siyasət

Paşinyan: “Putinlə görüşdə Dağlıq Qarabağın təhlükəsizliyi üzrə razılaşma əldə olunub”

Rusiyada rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü Qarabağ məsələsilə bağlı əldə olunan razılaşmalar barədə bildirib.

O, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ilə görüşü zamanı qeyd edib ki, prezident Putinlə görüşündə Dağlıq Qarabağın təhlükəsizliyi, regional infrastrukturun açılması, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərilə bağlı razılıq əldə olunub. Paşinyan razılaşmanın nədən ibarət olduğunu açıqlamayıb.

Bu gün Paşinyanı Rusiyanın baş naziri Mixail Mişustin qəbul edib. O bildirib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Ermənistan, Azərbaycan və Rusiya liderləri arasındakı razılaşmalara xüsusi diqqət yetirir.

“Əminəm ki, yeni infrastruktur marşrutlarının yaradılması regionun davamlı inkişafını təmin edəcək, Cənubi Qafqaz ölkələrinin rifahı naminə sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edəcək. Rusiya Ermənistana humanitar yardım göstərməyə davam edəcək”, – o deyibş.

Mişustinin sözlərinə görə, Dağlıq Qarabağda Rusiya Çevik Reaksiya Mərkəzinin işi sayəsində sakinlərin daimi yaşayış yerlərinə qayıtması, eləcə də infrastrukturun bərpası üçün şərait yaradılır. (Turan)

Bənzər yazılar

Back to top button