CəmiyyətHadisə

İrandan gələn daha iki vətəndaşımızda koronavirus aşkarlanıb

İranda gələn iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib

Nazirlər Kabinetindən verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür. (APA)

Bənzər yazılar

Back to top button