Digər

Siyasi mühacirin yaxınlarına qarşı vandal hərəkət

Ölkədə demokratik düşərgənin nümayəndələrinə qarşı davam edən davamlı təzyiqlər müxalif fəalların mühacirətə yollanmasına gətirib çıxardır. Hətta vəziyyət o həddə çatıb ki, ölkəni məcburiyyət ucbatından tərk edən müxalif fəalların yaxınlarına da təzyiqlər olunur.

Belə ki, məcburiyyət üzündən Fransaya gedən Müsavat Partiyasının üzvü Elman Əliyevin Azərbaycandak yaxınları təzyiqlərə məruz qalıb.

Qeyd edək ki, Elman Əliyev üzün müddət Azərbaycan Liberal Demokrat Partiyasının üzvü olub. Daha sonra siyasi fəaliyyətini Müsavat partiyasında davam edib. Onun siyasi faəllığı və hakimiyyətə qarşı müxalifət partiyalarının təşkilatlanması istiqamətində gördüyü işlər onu hakimiyyətin hədəfinə gətirmişdi. Bu səbəbdən də Elman Əliyev xaricə getmək məcburiyyətində qalıb. Elma Əliyevin ölkə xaricində də siyasi faəllığını davam etdirməsinin qarşısını almaq üçün Azərbaycandakı yaxınlarına müxtəlif təzyiqlər edilir.

Elman Əliyevin partia yoldaşı, ailəvi dostu və üzün müddət bir yerdə çalışdıqları Azər Kərimovun oğlu Hüseyn Kərimli naməlum şəxs və ya şəxslər tərəfindən vəhşicəsinə döyulub. Uşağın döyülməsinin səbəbi atası Azər Kərimovun və Elman Əliyevin hakimiyyətə qarşı barışmaz mövqeyidir.

Qeyd edək ki, azyaşlı Hüseyn Kərimlinin vəhşicəsinə döyülməsi ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə şikayət edilib. Amma hələ də tədbir görülməyib…

Bənzər yazılar

Back to top button