Dünya

Bayden Ukraynadakı vəziyyətlə bağlı bəyanat verəcək

ABŞ prezidenti Co Bayden Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı bəyanatla çıxış edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd olunur ki, Bayden aprelin 21-i cümə axşamı səhər (Bakı vaxtı ilə 17:45) Vaşinqtonda çıxış edəcək.

Qeyd olunur ki, ABŞ prezidentinin mətbuat katibi Cen Psaki Ağ Evin yaydığı məlumatdan əvvəl Baydenin Ukraynada çəkilmiş və faciənin miqyasını əks etdirən dəhşətli fotoları qəbul etdiyini bildirmişdi.

Bənzər yazılar

Back to top button