Dünya

“Arman Dikiy” azərbaycanlı iş adamını girov götürüb və işgəncə verib

25 may 2021-ci ildə Türkiyədə azərbaycanlı və rus iş adamlarını girov götürərək işgəncələrə məruz qoyan şəxsin kimliyi ortaya çıxıb.

Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, həmin şəxsin qazaxıstanlı kriminal avtoritet “Arman Dikiy” ləqəbli Arman Cumaqeldiyev olduğu bəlli olub.

Belə ki, 25 may 2021-ci ildə azərbaycanlı və rus iş adamları E.K. ve D.A. girov götürülərək İstanbuldakı yaşayış komplekslərindən birinə aparılıb. İddiaya görə, İstanbulun Bakırköy rayonundakı “Sea Pearl” adlı yaşayış kompleksində zorla saxlanılan 2 iş adamı işgəncələrə məruz qalıb. Onların Dubaydakı daşınmaz əmlakları, kriptovalyuta hesabları və bir miqdar pulları işgəncə verənlər tərəfindən zorla əllərindən alınıb. İstanbul polisi həmin vaxt hadisənin iştirakçılarından 7-sini müəyyən edərək saxlayıb. Hadisə ilə bağlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları tərəfindən də araşdırma başladılıb.

Polis hadisənin cinayətkar qruplaşma lideri, qazaxıstanlı “Arman Dikiy”in adı ilə bağlı olduğunu müəyyən edib. Uzun müddətdir İstanbulda yaşayan “Dikiy”in 2 iş adamının işgəncəsindən sonra ölkəsinə qayıtdığı müəyyən edilib.

Polis hadisədə iştirak edən və “Dikiy”in adamı olduğu müəyyənləşdirilən qazax və çeçen əsilli 8 şübhəlini saxlayıb.

Axtarışlar zamanı onlardan 7 sənədsiz silah, 77 patron, 1 qandal, 2 radio və 1 izləmə cihazı ələ keçirilib. Nəzarətə alınan şübhəlilərdən biri polis bölməsindəki əməliyyatların ardından sərbəst buraxılıb.

Digər şübhəlilərin işi isə 19 apreldə məhkəməyə göndərilib. Şübhəlilərdən 4-ü həbs edilib, 3-ü məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. “Arman Dikiy”in isə axtarış qeydinin olduğu ortaya çıxıb.

Qeyd edək ki, Antalyada qətlə yetirilən “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov və Sedat Peker kimi şəxslərlə birlikdə adı hallanan “Dikiy”in daha əvvəl də bəzi kriminal hadisələrdə əli olduğu iddia edilir. O, yanvar ayında Qazaxıstanda hökumət əleyhinə nümayişlər zamanı saxlanılıb. Cumaqeldiyev barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbs olunduqdan bir müddət sonra isə onun təcridxanadan yoxa çıxması xəbərləri yayılıb.

Bənzər yazılar

Back to top button