İdman

“Mançester Yunayted”in yeni baş məşqçisi bəlli oldu

“Mançester Yunayted” şənbə günü Erik ten Haqın baş məşqçi postuna təyinatını elan edəcək.

Fanat.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

İddiaya görə, qərar artıq futbolçulara da açıqlanıb və klubda restrukturizasiya işlərinə başlanılıb.

Nəticədə 16 il “Mançester Yunayted”də çalışmış skautlar şöbəsinin rəhbəri Cim Lovlor və qlobal skaut axtarışının rəhbəri Marsel But tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, 52 yaşlı niderlandlı mütəxəssis hazırda “Ayaks”ı çalışdırır.

Bənzər yazılar

Back to top button